Xalid Müzənnər
Ssenarist, prodüser, bəstəkar
Xalid Müzənnər – livanlı bəstəkar, nəğməkar şair və prodüserdir. Məşur livanlı aktrisa və rejissor Nadin Labakinin həyat yoldaşıdır. Son 10 il ərzində ər-arvad birgə olaraq bir sıra filmləri ərsəyə gətiriblər. 27 sentyabr 1974-cü ildə Livanda anadan olub. 2000-ci ildə Livanlı musiqi prodüseri Zeny Xalidlə birlikdə “Mooz Records” leyblının əsasını qoyub. 2011-ci ildə Xalid həyat yoldaşının çəkdiyi “Bəs indi hara” dramına musiqi yazıb. Film “Stokholm Beynəlxalq Kinofestivalında “ ən yaxşı kino musiqisi” nominasıyasında mükafat qazanıb. 2019-cu ildə isə Nadinin növbəti “Kapernaum” adlı bədii filminin bəstəkarı olub. O həm də musiqiçidir, “Les Champs Arides” adlı solo albomu var. Həmin alboma fransalı müğənni Barbara Karlotti ilə duet şəklində ifa etdiyi mahnılar daxil edilib. Şəxsi həyatına gəlincə 2007-ci ildə livanlı aktrisa və rejissor Nadin Labaki ilə ailə qurub. 2009-cu ildə oğulları, 2016-cı ildə isə qızları doğulub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/15484942681/