Lesli Bibb

Lesli Bibb

Aktrisa, prodüser

BİOQRAFİYA

Lesli Luis Bibb 17 noyabr 1974-cü ildə Şimali Dakota ştatında (ABŞ) anadan olub. Amerikalı aktrisa, model və prodüserdir. Bibb “Yaxşılar” (1999—2001) teleserialındakı baş roluna görə tanınıb. Ancaq “Kəllələr”, “Spot adlı agent”, “Dəmir adam”, “Gecəyarı ekspress”, “Qanuna tabe vətəndaş”, “Dəmir adam 2”, “Mənim oğlanım zooparkdandır” filmləri və “Təcili yardım” (2002—2003), “Cordanın istintaqı” (2005—2007) və digər seriallardakı rolları ilə məşhurluq qazanıb. Bibb 2000-ci illərin ortalarında kinoya çəkilməyə başlayıb. “İntihar: Məhəbbət tarixçəsi 2”, “Riki Bobbi: Yol kralı”, “Mənim həyat yoldaşım gecikir”, “Seks və 101 ölüm”, “Pul qabı və həyat”, “Şopoqolik”, “Movie 43” filmlərində çəkilib. 2010-cu ildə “Miss Heç kim” filmindəki baş roluna görə Bostonda kinotənqidçilərin mükafatına layiq görülüb. 2003-2004-cü illərdə bankir Rob Bornla evli olub. 2007-ci ildən aktyor Sem Rokuellə eşq yaşayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Leslie_Bibb

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç