Mikael Nükvist

Mikael Nükvist

Aktyor

BİOQRAFİYA

Mikael Nükvist 8 noyabr 1960-cı ildə Stokholmda (İsveç) anadan olub. Atası italyan, anası isveçlidir. Mikael özü isə bu ailə tərəfindən oğulluğa götürülüb. 1982-ci ildə çəkilən “Kamraterna” televiziya filmində oynadığı kiçik rolla debüt edib. Karyerasında ilk böyük roluna isə 2000-ci ildə “Birlikdə” filmində çəkilib. Film bir çox beynəlxalq mükafata layiq görülüb. Nükvist, İsveç jurnalisti və yazıçısı Stiq Larssonun əsəri əsasında çəkilmiş “Millenium” filmində canlandırdığı Mixael Blumkvist rolu ilə məşhurlaşıb. “Əjdaha döyməli qız”, “Odla oynayan qız”, “Arı yuvasını dağıdan qız” filmlərində Numi Rapasla tərəf-müqabili olub. 2011-ci ildə “Qaçırma” və “Çətin tapşırıq: Fantom protokolu”, 2014-cü ildə isə “Con Uik” filmində rol alıb. Ağ ciyər xərçəngindən əziyyət çəkən aktyor 2017-ci ildə 57 yaşında vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michael_Nyqvist

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç