Corc Akselrod
Ssenarist, prodüser, rejissor, aktyor
Corc Akselrod (ing. George Axelrod) – amerikalı ssenarist, prodüser, rejissor və aktyordur. Corc Akselrod 9 iyun 1922-ci ildə Nyu-Yorkda anadan olub. Atası Rusiya yəhudisi, anası isə şotland və ingilis əsilli olub. İkinci Dünya müharibəsi dövründə ABŞ ordusunun rabitə bölməsində xidmət edib. Təxris olunduqdan sonra yaradıcı karyerasına qədəm qoyub. Müxtəlif radioqramm, ardınca isə televiziya və kinofilmlər üçün ssenarilər yazıb, bəzi lentlərə prodüserlik belə edib. İki dəfə evli olub. İkinci həyat yoldaşı Coan Stantonla evliliyi 1954-cü ildən 2001-ci ilə qədər davam edib. Birinci həyat yoldaşı isə Qloriya Uoşbern olub. Corc Akselrod 21 iyun 2003-cü ildə Los-Anceles şəhərində anadan olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://cyclowiki.org/wiki/%D0%94%D0%B6%D0%BE%D1%80%D0%B4%D0%B6_%D0%90%D0%BA%D1%81%D0%B5%D0%BB%D1%8C%D1%80%D0%BE%D0%B4