Sidni Blekmer

Sidni Blekmer

Aktyor

BİOQRAFİYA

Sidni Blekmer (13 iyul 1895- 6 oktyabr 1973) – amerikalı teatr və kino aktyorudur. Blekmer 13 iyul 1895-ci ildə  ABŞ-ın Şimali Karolina ştatının Solsberi şəhərində anadan olub. Karyerasına maliyyə və sığorta biznesi sahəsində başlayıb. Sonradan tikinti sahəsində çalışıb və həmin ərəfədə Pirl Uaytın iştirakı ilə serialın çəkilişi prosesini görüb. O qədər ilhamlanıb ki, aktyor olmağı qarşısına məqsəd qoyub. Arzusunu gerçəkləşdirmək üçün Nyu-Yorka köçüb. Özünü ilk əvvəl səhnədə sınaqdan keçirmək qərarına gəlib. Ancaq sonradan müxtəlif kinostudiyaların qapısını döyməyə başlayıb. 1914-cü ildə Blekmer “Polinanın təhlükəli əməlləri” serialında epizodik rol əldə edib. 1917-ci ildə isə Brodvey debütünü gerçəkləşdirib. Ancaq karyerası Birinci dünya müharibəsinin başlanılması ilə yarımçıq qalıb. Müharibə vaxtı ABŞ ordusunda xidmət edib. Müharibədən sonra Blekmer teatra, 1929-cu ildə isə kinoya qayıdıb. Karyerası ərzində aktyorun 120-dən çox kino və televiziya rolu olub. 1950-ci ildə “Gözümün işığı Şeba,qayıt” tamaşasında ən yaxşı kişi roluna görə “Toni” teatr mükafatını qazanıb. Kinoda isə daha çox ondan çox filmdə (fərqli filmlərdə) ABŞ prezidenti Teodor Ruzvelt obrazını canlandırması ilə məşhur olub. Bundan başqa Roman Polanskinin “Rozmarinin körpəsi” adlı oskarlı filmində Roman Kastevat rolu ilə yaddaşlarda qalıb. 6 oktyabr 1973-cü ildə Nyu-Yorkda vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BB%D1%8D%D0%BA%D0%BC%D0%B5%D1%80,_%D0%A1%D0%B8%D0%B4%D0%BD%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç