Kler Trevor

Kler Trevor

Aktrisa

BİOQRAFİYA

Kler Trevor – amerikalı aktrisadır. Ağ-qara trillerlərdə antoqonist qadın obrazları canlandırdığına görə “nuar filmləri kraliçası” ləqəbi ilə tanınıb. Kler Uemlinger 8 mart 1910-cu ildə dərzi ailəsində anadan olub. Əcdadları İrlandiya və Fransada yaşayıb. 1920-ci illərdə Amerika Dram İncəsənət Akademiyasını bitirdikdən sonra teatr karyerasına start verib. İlk uğuru ona 1932-ci ildə Brodvey səhnəsində qoyulan tamaşalar gətirib. Bir il sonra böyük kinoda debütü baş tutub. Növbəti beş il ərzində Kler Trevor nə az, nə çox 30 filmə çəkilib, üstəlik əksəriyyətinə baş rol ifaçısı olub. 1937-ci ildə Hamfri Boqartla birlikdə “Dalan” filminə çəkilib və beləcə “Oskar” mükafatına namizəd olub. 1930-cü illərinə sonlarında Con Ueynlə birlikdə janrın klassikasına çevrilmiş “Dilijans” (1939), “Allegeni qiyamı” (1939) və “Qara komanda” (1940) kimi vesternlərin çəkilişində iştirak edib. Digər əlamətdar rolları “Bu bir qətldir, quzum” (1944) filmində missis Qreyl, “Öldürmək üçün doğulmuş” filmində Helen sayılır. 1949-cu ildə “Ki-Larqo” filmində ən yaxşı ikinci plan qadın roluna görə “Oskar” mükafatı əldə edib. İkinci “Oskar” heykəlciyini isə 1954-cü ildə “Böyük və qüdrətli” filmindəki roluna görə alıb. 1938-ci ildə Kler Trevor prodüser Klark Endrüsə ərə gedib. Ancaq onların nikahı cəmi dörd il çəkib. 1943-cü ildə Saylo Uillyamla ailə qurub. Ondan Çarlz adlı oğul dünyaya gətirib. Ancaq ikinci izdivacı da qısa çəkib. 1947-ci ildə onlar yollarını ayırıblar. Bir il sonra prodüser Milton Brinə ərə gedib və ər-arvad Kaliforniyanın Nyuport-Biç qəsəbəsinə köçüb. 1978-ci ildə təyyarə qəzasında oğlu Çarlzı itirib. Növbəti il isə həyat yoldaşı beyin xərçəngindən dünyasını dəyişib. Kler Trevor 2000-ci ildə 90 yaşında tənəffüs orqanlarının çatışmazlığından dünyasını dəyişib. Nəşi yandırılıb kül halına gətirilərək, okeana səpələnib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D1%80%D0%B5%D0%B2%D0%BE%D1%80,_%D0%9A%D0%BB%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç