Virna Lizi
Aktrisa
Virna Lizi – italiyalı aktrisadır. “Sezar” və Kann kinofestivalının ən yaxşı qadın rolu nominasiyasında “Gümüş” mükafatının laureatı olub. Həmçinin üçqat “David di Donatello” mükafatı laureatıdır (1980,1983,1996). Virna Liza Pyerarlizi 8 noyabr 1936-cı ildə İtaliyanın Ankone şəhərində anadan olub. Kinokaryerasına yeniyetməlik illərində qədəm qoyub, belə ki, 1953-cü ildə “Dəmir kanat” filmində debüt edib. Ardınca aktrisa bir sıra musiqili film və kinokomediyalarda rol alıb. Onların arasında “Oxuyur Neapol” (1953) və “Qusarlar” (1955) filmlərinin adını çəkmək olar. 60-cı illərin əvvəllərində bir sıra telelayihələrdə iştirak edib. Həmçinin həmin dönəmlərdə aktrisanın oyunu bir sıra Hollivud kinorejissorlarını cəlb edib. Növbəti on il ərzində Amerika istehsalı olan filmlərdə o cümlədən “Arvadı necə öldürməli” (1964), “Bircə mənim yoldaşımla yox”, “Kraliçaya hücum” (1966) kimi lentlərdə rol alıb. 1965-ci ildə “Esquire” jurnalının üz qabığında Virna Lizinin üzünü təraş edən şəkli yayılıb. Həmin şəkildə heç də birmənalı qarşılanmayıb. 60-cı illərdə rol aldığı digər əlamətdar filmlər arasında “Xanımlar və cənablar” (1966), “Tutarlı sübutlar” (1963), “Qara zanbaq” (1964), “Bu gün, sabah, birisi gün” (1965), “Kazanova -70” (1965), “25-ci saat” (1967), “Arabella” (1967), “Yox deyə bilməyən qadın” (1968, “Gümüş lent” mükafatçısı), “Santa Vitoriyanın sirri” (1969) və digər filmləri sadalamaq olar. Aktrisa 18 dekabr 2014-cü ildə 78 yaşında Roma şəhərində dünyasını dəyişib. Ölümündən bir ay əvvəl ona xərçəng diaqnozu qoyulub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B8%D0%B7%D0%B8,_%D0%92%D0%B8%D1%80%D0%BD%D0%B0