Cek Lemmon

Cek Lemmon

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Con Yuler (Cek) Lemmon III ( ing. John Uhler "Jack" Lemmon III) – amerikalı aktyor və prodüserdir. Klassik melodramlardan tutmuş, komediya və tragikomediyalara kimi hər janrda olan filmlərdə yüksək aktyor oyunu ilə yaddaşlarda qalıb. Başlıca olaraq romantik komediyalara çəkilib. Lemmon 8 fevral 1925-ci ildə ABŞ-da anadan olub. Düz səkkiz dəfə “Oskar” mükafatına namizəd olub. Mükafatın tarixində həm ən yaxşı baş kişi rolu həm də ikinci plan kişi rolu nominasiyalarında qalib olmuş ilk aktyordur (1973-cü ildə ən yaxşı aktyor, 1955-ci ildə isə ən yaxşı ikinci plan kişi rolu). Kann kinofestivalının münsiflər heyəti iki dəfə (1979 və 1982-ci illərdə) onu ən yaxşı aktyor elan edib. Məhsuldar karyerası ərzində 100-ə yaxın tammetrajlı bədii film və televiziya filmində rol alıb. ABŞ-ın ən populyar komediya aktyorlarından biri sayılır. Dünya şöhrəti və “Oskar” nominasiyasını ona Merilin Monro və Toni Körtislə birgə çəkildiyi “Bəziləri İsti Sevir” (Some Like İt Hot, rus tərc.vers. “Cazda yalnız qızlardı” ) komediyası gətirib. Adı çəkilən ekran əsəri kinematoqrafiya tarixinin ən gülməli komediyalarının onluğuna daxildir. Dörd il əvvəl isə o “Mister Roberts” tragikomediyasında oynadığı ikinci plan rola görə ilk “Oskar” heykəlciyini əlinə alıb. Maraqlıdır ki, 1960-cı illərin əvvəllərində Lemmon aktyorluq ampluasını gözlənilmədən dəyişərək, komik rollardan müstəsna olaraq dramatik rollara keçid alıb. Onun aktyorluq karyerasının zirvəsində “Amerikalı” trillerində oynadığı qoca kommivoyajor rolu olub. Həmin rol ona Venesiya kinofestivalında “Volpi” kuboku mükafatı qazandırıb. Cek Lemmon 27 iyun 2001-ci ildə sidik kisəsi xərçəngindən dünyasını dəyişib. Kinonun inkişafına verdiyi töhfələrə görə Berlinalda fəxri “Qızıl ayı”, həmçinin xüsusi “Qızıl qlobus” mükafatına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5%D0%BC%D0%BC%D0%BE%D0%BD,_%D0%94%D0%B6%D0%B5%D0%BA

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç