Liza Hartman
Aktrisa, prodüser
Liza Hartman Blek 1 iyun 1956-cı ildə anadan olub. Amerikalı aktrisa, bəstəkar, prodüser və kantri müğənnidir. Liza Hartman Texas ştatının Hyuston şəhərində anadan olub. “Mənim arvadım məni ovsunlayıb” şousunun spin-offu olan “Tabita” (1977—1978) sitkomunda baş roluna görə tanınıb. O zamandan kino və televiziyada qırxdan artıq rolu ifa edib. Paralel müğənniliklə də məşğul olub və bir neçə albom buraxıb. Hartman “Sakit liman” raym-taym sabun operasında rok müğənni Sidcey Dann rolu sayəsində o qədər məşhurlaşır ki, 1983-cü ildə personajı öldürüldükdən sonra serialın müəllifləri aktrisanı qaytarmaq və qəhrəmanın Keti Qiri adlı oxşarını əlavə ediblər. O şouda 1986-cı ilə qədər iştirak edib. Bununla bərabər 1984-cü ildə “Günəş, dəniz və oğlanlar” kommersiya baxımdan uğurlu filmdə baş rolda çəkilib. 1991-ci ildə Hartman kantri müğənni Klint Bleklə evlənir. 1999-cu ildə ABŞ kantri çartlarında birinci yerləri tutan və “Qremmi” mükafatına namizəd “When I Said I Do” duet sinql yazdırırlar. 1992-ci ildə “Maibuya gedən yol 2000” serialında baş rolda çəkilib. Əsasən Lifetime kanalının televiziya filmlərində çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D1%80%D1%82%D0%BC%D0%B0%D0%BD,_%D0%9B%D0%B8%D0%B7%D0%B0