Naycel Koul
Rejissor, prodüser
Naycel Koul (Nigel Cole) - ingiltərəli kino və telerejissordur. 1959–cu ildə Lonstonda (Böyük Britaniya) anadan olub. Rejissorluq karyerasında 1980-cı illərdə televiziya proqramları və sənədli filmlərdən başlayıb. Ardınca Koul bədii film çəkməyə və serialların yaradılmasında iştirak etməyə başladı. O “Təqvimdən qızlar” (Calendar Girls), “Qreysi xilas edin” (Saving Grace), “Daqenhemdə hazırlanıb” (Made in Dagenham), “Məhəbbətdən daha artıq” (A Lot Like Love) filmləri və "Həkim Martin" (Doc Martin) “Qalifaksda sonuncu Tanqo" (Last Tango in Halifax) seriallarının rejissoru kimi tanınıb. “Qreysi xilas edin” filmi 2000-ci Sandens Festivalında və Norvec beynəlxalq kinofestivalında tamaşaçı simpatiyasını qazanıb. 2000-ci ildən Naycel Koul britaniyalı aktrisa Keyt İsitt (Kate Isitt) ilə evlidir. Cütlüyün iki övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Nigel_Cole