Pareş Raval

Pareş Raval

Aktyor, prodüser

BİOQRAFİYA

Pareş Raval 30 may 1950-ci ildə Bombey şəhərində (Hindistan) anadan olub. Orta məktəbi bitirdikdən sonra Narze-Monci adına Kommersiya və İqtisad Kollecinə daxil olub. 1985-ci ildə Pareş böyük ekranlarda “Arcun” adlı filmdə debüt edib. Bir ildən sonra aktyor Miheş Bhattanın “Ad” filminə çəkilib. Ekran əsəri olduqca populyar filmə çevrilib. 1980-1990-cı illərdə 100-dən çox kino rolu olub. 2004-cü ildə “Milyonçu qızını almaq istəyirəm” komediyasında iki fərqli rol oynayıb. 2012-ci ildə Umeş Şuklanın “Aman, tanrım” filmində baş rolu ifa edib. Lent Hindistanda kifayət qədər şöhrət qazanıb; həm tamaşaçıların, həm də kino tənqidçilərinin etimadını doğruldub. 2014-cü ildə Hindistanın əsas partiyalarından olan “Bhartiya Canat Patri” partiyasına üzv olub. Elə həmin ildə Hindistanın “Padma Şri” dövlət mükafatı ilə təltif olunub. 1979-cu ildə “Miss İndia” qalibi olmuş Svarup Samratla evlidir. Onların Anirud və Aditya adlı iki oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Paresh_Rawal

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç