Muzakir Eramuzoviç Şurukov - sovet quruluşçu-operatorudur. Kabardin-Balkariyada anadan olub. 1951-1972-ci illərdə "Lenfilm" kinostudiyasında quruluşçu-operator vəzifəsində çalışıb. Daha çox rejissor Qennadiy Kazanski ilə əməkdaşlıq edib. Onun "Qoca Xottabıç" (1956), "100 rublun olmasın..." (1959), "Yenə səhər" (1960), "Günahkar mələk" (1962) kimi filmlərini lentə alıb. SSRİ kinematoqraflar ittifaqının üzvü olub. 1950-ci ildə ekranlara çıxmış "Əmək fədakarlığı" filmində operator işinə görə mükafatlandırılıb.