Aleksandr Larikov
Aktyor
Aleksandr İosofiç Larikov – Sovet teatr və kino aktyorudur. 1956-cı ildə SSRİ Xalq artisti adını alıb. 1951-ci ildə üçüncü dərəcəli “Stalin” mükafatı laureatı olub. Aleksandr Larikov 1890-cı ildə Sankt-Peterburqda anadan olub. 1902-ci ildə Sankt-Peterburq ibtidai şəhər məktəbini bitirib. 1902-1909-cu illərdə 1 saylı Sankt Peterburq Gimnaziyasında oxuyub. 1909-1910-cu ilərdə Sank Peterburqun Ryazan-Ural dəmiryolu xətti İdarəsinin yığılma işlərinə nəzarət üzrə kargüzarı olub. Səhnə fəaliyyətinə 1910-cu ildə başlayıb. 1910-1916-cı illərdə Aleksandriysk teatrının köməkçi heyətinin statisti və artisti olub. 1916-1918-ci illərdə Lesnoy teatrının (Petroqrad) artisti kimi fəaliyyət göstərib. 1918-1919-cu illərdə Petroqrad Xalq Teatrının truppasında yer alıb. 1919-1925-ci illərdə Xarbində KVJD dəmiryol məclisinin teatrında çalışıb. 1926-cı ildən kinoya çəkilib. İlk rolu rejissor A.V.İvanovskinin “Dekabristlər” adlı səssiz filmində dekabrist Yakuboviç rolu olub. Daha çox “Xottabıç” kinonağılında oynadığı rolla yadda qalıb. 13 may 1960-cı ildə Sankt Peterburqda vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B0%D1%80%D0%B8%D0%BA%D0%BE%D0%B2,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%98%D0%BE%D1%81%D0%B8%D1%84%D0%BE%D0%B2%D0%B8%D1%87