Yevgeni Vesnik

Yevgeni Vesnik

Aktyor

BİOQRAFİYA

Yevgeni Yakovleviç Vesnik - sovet  və rusiya teatr və kino aktyoru, teatr rejissoru, publisist, bir sıra radioromanların və radiotamaşaların müəllifidir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. Yevgeni Vesnik 15 yanvar 1923-cü ildə Petroqradda Yakov İliç və Yevgeniya Emmanuilovna Vesnikin ailəsində anadan olub. Tezliklə Ukraynanın Krivoy Roq şəhərinə köçüblər. Yakov Vesnik orada Krivorojsk kombinatının direktoru təyin olunub. Atasının güllələnməsi və anasının 1937-ci ildə Qazaxıstana sürgün edilməsindən sonra “Xalq düşmənləri”nin uşaqları üçün nəzərdə tutulmuş xüsusi uşaq evində böyüyüb. Uşaq evindən qaçandan sonra inqilaba qədər Peterburq zavodlarından birinin sex rəhbəri olmuş M.İ.Kalinin ona valideynlərinin mənzilində qeydiyyata düşməyə köməklik göstərib. 15 yaşından sexdə ikinci dərəcəli işçi olub, əleyhqazların sazlığını yoxlayıb. 1948-ci ildə Moskvada Şepkin adına Teatr peşə məktəbini bitirib. Məzun olduqdan sonra Moskva Dram Teatrının truppasına qoşulub. 1963-cü ilə qədər həmin teatrın tamaşalarında səhnəyə çıxır, SSRİ-də Ostap Bender rolunu ifa etmiş ilk aktyor sayılır. Həmin rolda nə qədər inanılmaz səslənsə də, 600-ə yaxın tamaşada iştirak edib. 1963-cü ildən 1992-ci ilə kimi "Malıy Teatr"ın aktyoru olub. 2005-ci ildə pnevmoniya olub. 7 aprel 2009-cu ildə insult keçirib və üç gündən sonra 87 yaşında Moskva xəstəxanasında dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Yevgeny_Vesnik

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç