Aleksey Litvinov

Aleksey Litvinov

Aktyor

BİOQRAFİYA

Aleksey Aleksandroviç Litvinov - SSRİ aktyorudur. 24 mart 1944-cü ildə Voronej vilayətində anadan olub. “Qoca Xottabıç” filmində Volka rolunu ifa etməsi ilə məşhurdur. Aleksey Litvinov 24 mart 1944-cü ildə Voronej vilayətində anadan olub. Müharibə vaxtı anası ilə birlikdə evakuasiyada olub. Atası Böyük Vətən müharibəsi zamanı itkin düşüb. Anası Leninqradın blokadası zamanı ona hamilə qalıb və Həyat yolu adlı təhlükəsiz dəhlizlə Voronejə təxliyə olunub. Aleksey orada dünyaya gəlib və bir ilini orada keçirib. Müharibədən sonra ailə Leninqrada geri dönüb. “Lenfilm” studiyası ilə qonşuluqda yerləşən məktəbdə beşinci sinifi bitirdiyi ərəfədə, rejissor köməkçisi məktəbə baş çəkib. Onlar bir neçə şagirdi, o cümlədən Alekseyi seçərək, “Qoca Xottabıç” filminin dinləmələrinə cəlb edib. Maraqlıdır ki, Litvinov ilk əvvəl onu keçməyib. Sonradan bölüşdüyü xatirələrində bu haqda belə deyib: “Məni bəyənmələri üçün əlimdən gələni edirdim, şerlər oxuyurdum, ancaq baş rola başqa oğlanmı seçdilər". Ancaq bir aydan sonra Litvinova zəng edərək, onu elə baş rola götürürlər. Belə ki, əsas namizəd çəkiliş zamanı rejissorun gözləntilərini doğrultmur. Beləcə Aleksey “Qoca Xottabıç” filmində Volodya (Volka) Litvinov roluna çəkilir. Ekran əsəri Sovet kinematoqrafiyasının kult filmlərindən birinə çevrilir. “Qoca Xottabıç”ın uğurundan sonra Aleksey Litvinova çoxsaylı təkliflər gəlməyə başlayır. Ardınca “Bir may küçəsi, ev 7” filmində baş rola çəkilib. Ancaq filmin ssenarisi həmin dövrün “Stalinin şəxsiyyətinə pərəstiş” prinsiplərinə zidd hesab olunduğu üçün kino yayıma buraxılmır. Digər filmlərlə bağlı gələn təklifləri isə aktyor nədənsə qəbul etməyib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://stuki-druki.com/authors/Litvinov-Alexey-akter

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç