Əziz Ansari

Əziz Ansari

Aktyor, ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Əziz Ansari — amerikalı aktyor, komik, kinorejissor və ssenaristdir. 23 fevral 1983-cü ildə ABŞ, Cənubi Karolina ştatının Kolumbiya şəhərində anadan olub. Daha çox NBC kanalında yayımlanan “Parklar və istirahət zonaları” teleserialında Tom Heverford rolu ilə tanınıb. Ənsari karyerasına 2000-ci illərin ortalarında Nyu-York Universitetində təhsil aldığı illərdə komediya ilə başlayıb. Netflix kanalında yayımlanan “Heç nəyi bacarmayan usta” teleserialının müəllifi, aktyoru və ssenaristidir. 2016-cı ildə Alan Yanqla birlikdə “Kodemiya serialı üçün görkəmli ssenari” kateqoriyasında “Emmi” mükafatının sahibi olub. 2010-cu ildə Əziz MTV Movie Awards mükafatının təltifetmə mərasiminin aparıcı olub. Ansari televiziyada aktyor işinə görə "Qızıl qlobus" mükafatı qazanan ilk asiya əsilli aktyor olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BD%D1%81%D0%B0%D1%80%D0%B8,_%D0%90%D0%B7%D0%B8%D0%B7

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç