Deniz Riçards

Deniz Riçards

Aktrisa, prodüser

BİOQRAFİYA

Deniz Li Riçards 17 fevral 1971-ci ildə ABŞ-ın İllinoys ştatının Coliet şəhərində, Coni və İrva Riçardsın ailəsində anadan olub. Alman və firəng-kanada əsillidir. Mişel adlı kiçik bacısı var. 15 yaşında olanda ailəsi ilə birlikdə Kaliforniyaya köçüb. Orada El Camino High School orta məktəbini bitirib. Hələ uşaq olanda Deniz və Mişel kino “xəstəliyinə” tutulub. 1989-cu ildə Deniz Nyu-Yorka köçüb və model işləməyə başlayıb. İki ildən sonra Los-Ancelesə qayıdaraq aktyorluq kurslarına yazılıb və teleşou və seriallara çəkilməyə başlayıb. Böyük kinoda debütü “Doldurulmuş silah” komediyasında epizodik rolla baş tutub. Daha çox rejissor Pol Verhovenin “Ulduz desantı” filmində baş rolu oynayıb. Şəxsi həyatına gəlincə 2002-2006-cı illərdə aktyor Çarli Şinlə evli olub, onların birgə nikahdan Sem Cey Şin və Lola Rouz Şin adlı qızları var. 2006-2007-ci illərdə rok qrup Bon Jovi-nin gitaristi Riçi Samboroyla yaxın münasibətdə olub. 8 sentyabr 2018-ci ildə Aaron Fayerslə ailə qurub. Onlar toya qədər 9 ay görüşüb.



Ətraflı məlumat üçün aşağıdak linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B8%D1%87%D0%B0%D1%80%D0%B4%D1%81,_%D0%94%D0%B5%D0%BD%D0%B8%D0%B7

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç