İndiana Evans

İndiana Evans

Aktrisa

BİOQRAFİYA

İndiana Rouz Evans – avstraliyalı aktrisa və müğənnidir. Daha çox “H2O: Sadəcə su qat” teleserialında Bella Hartli rolu ilə məşhurdur. İndiana Rouz Evans 27 iyul 1990-cı ildə Sidney şəhərində (Avstraliya) anadan olub. 5 yaşında teatr səhnəsinə maraq göstərməyə başlayıb. 2003-cü ildə aktrisa olaraq debütü baş tutub, belə ki, o “Bütün müqəddəslər” teleserialında Milli Roberts rolunu oynayıb. Aktrisanın karyera yüksəlişi “H2O: Sadəcə su qat” (2009-2010) serialında oynadığı Bella Hartli rolundan sonra başlayıb. Verdiyi müsahibələrdə Kemeron Diaz və Keyt Blanşettin oyunundan ilhamlandığını gizlətmir. “H20: Sadəcə su qat” serialından başqa “Dəb övladı: Kerolayn Börnün qətli” filminə çəkilib. O aktrisalıqla yanaşı həm də ictimai fəaldır, Dolly Bullying Campaign kampaniyası çərçivəsində məktəblərdə yeniyetmələrin və uşaqların təklənməsi hallarına qarşı mübarizə aparır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%B2%D0%B0%D0%BD%D1%81,_%D0%98%D0%BD%D0%B4%D0%B8%D0%B0%D0%BD%D0%B0_%D0%A0%D0%BE%D1%83%D0%B7

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç