Çarli Bruker
Ssenarist, prodüser, aktyor
Çarlton Çarli Bruker – britaniyalı yazıçı, teleaparıcı, ssenarist və prodüserdir. 3 mart 1971-ci ildə İngiltərənin Berkşir qraflığında anadan olub. “Brass eye”, “The 11 O’Clock Show” və “Nathan Barley” proqramlarının ssenari müəllifidir. Bundan başqa Screenwipe, Gameswipe, Newswipe, Weekly Wipe, və 10 O’Clock Live kimi populyar tele-şouların yaradılmasında iştirak edib. Beş hissədən ibarət “Çıxılmaz vəziyyət” adlı horror-dramı 2009-cu ildə “BAFTA mükafatına namizəd olub. Bruker həmçinin dünyaca məşhur fantastik serial “Qara Güzgü” (Black Mirror) serialının yaradıcılarından biri, ssenarist və prodüseridir. Bundan savayı o Guardian nəşri üçün feyletonlar və köşə yazıları yazır. “Zeppotron” prodakşn şirkətinin aparıcı dörd kreativ direktorundan biridir. Brukerin sərt, kobud, bəzən təxribatçı yumoru sürrealizm, satirik pessimizm elementləri ilə gözəl ahəng təşkil edir. 2009-cu ildə ilin ən yaxşı köşə yazarı nominasiyasında British Press Awards mükafatçısı olub. 2010-cu ildə onun Newswipe şousu ən yaxşı əyləncə proqramı kimi “Royal Television Society” mükafatı ilə təltif olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%80%D1%83%D0%BA%D0%B5%D1%80,_%D0%A7%D0%B0%D1%80%D0%BB%D0%B8