Yakov Protazanov
Rejissor, ssenarist, aktyor
Yakov Aleksandroviç Protazanov - rusiyalı və sovet kinorejissoru, ssenarist və aktyordur. 1935-ci ildə RSFSR əməkdar incəsənət xadimi adını alıb. Yakov 1881-ci ildə Moskvada anadan olub. Ailənin dördüncü övladı idi. Atası Aleksandr Protozanov Kiyevin fəxri vətəndaşı olub və tanınmış rus sənayeçi qardaşları – Şibayevlərin firmasında çalışıb. Anası köklü Moskva sakini olub, Yelizaveta qızlar institutunun məzunu olub. Yakovun kinematoqrafiyaya gəlişində dayısı Sergey Mixayloviçin böyük təsiri olub. Sonuncu Sadovksilərin ailəvi dostu olub və həyatının son illərində aktyora çevrilib. Yakov 1900-cü ildə Moskva Kommersiya Peşə Məktəbini bitirib. Məzun olduqdan sonra “Şrader və Ko” açıq səhmdar cəmiyyətində satıcı işləyib. 1904-1906-cı illərdə Fransa və İtaliyada müstəqil şəkildə təhsil alıb. 1906-cı ildə bir sıra peşələrdə (kargüzar, mühasib, tərcüməçi) özünü sınadıqdan sonra “Qloriya” kinoşirkətində (Moskva) rejissor köməkçisi olub. 8 avqust 1945-ci ildə Moskvada vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Yakov_Protazanov