Nikolay Volkov

Nikolay Volkov

Aktyor

BİOQRAFİYA

Nikolay Nikolayeviç Volkov (əsl soyadı – Aqurov) – sovet teatr və kino aktyorudur. 1956-cı ildə Ukrayna SSR əməkdar artisti adını alıb. 10 mart 1902-ci ildə Kursk vilayətində anadan olub. 1921-ci ildən peşəkar səhnəyə çıxır. Bakının Teatr Studiyasını bitirib. Bakı, Qazan, Perm teatrlarında çalışdıqdan sonra, A.İ.İvanov adına Odessa Rus Dram incəsənət Teatrının truppasına qoşulub. Müharibə vaxtı Daşkənd kinostudiyasında işləyib. Studiyanın ən əlamətdar işlərindən sayılan “Nəsrəddin Buxarada” filmində ikinci plan rol oynayıb. Müharibədən sonra Odessa teatrında geri dönüb və demək olar ki daha kinoya çəkilməyib. 25 oktyabr 1985-ci ildə vəfat edib. Onun iştirak ilə çəkilmiş son film ölümündən sonra ekranlara çıxıb. Moskvanın Vvedensk məzarlığında dəfn olunub. Tanınmış artist Nikolay Volkovun (kiçik) atasıdır.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%BE%D0%BB%D0%BA%D0%BE%D0%B2,_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B9_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B5%D0%B2%D0%B8%D1%87_(%D1%81%D1%82%D0%B0%D1%80%D1%88%D0%B8%D0%B9)

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç