Vasiliy Zayçikov

Vasiliy Zayçikov

Aktyor

BİOQRAFİYA

Vasiliy Fyodoroviç Zayçikov (1888-1947) – sovet teatr və kino artistidir. 1946-cı ildə ikinci dərəcəli Stalin mükafatı laureatı olub. Vasiliy Zayçikov 25 yanvar 1988-ci ildə Moskvada anadan olub. 1905-ci ildə Mərkəzi petroqrad zavodunda mexanik köməkçisi kimi işə düzəlib. Orada 1920-ci ilə qədər çalışıb. Eyni zamanda 1918-ci ildən etibarən Fəhlə təşkilatları Bədii-Maarif Şurasının teatr studiyasında oxuyub. 1921-ci ildən Birinci Uşa Teatrının aktyoru olub. Daha sonra Mossovet adına Teatrda çalışıb. Eyni zamanda Meyerholdun Dövlət ali teatr emalatxanasına daxil olub, kursları bitirdikdən sonra həmin teatrda işləməyə başlayıb. “Revizor”, “Ağıl dərdi” kimi tamaşalarda oynadığı rollarla tanınır. 1924-cü ildən kinoya çəkilir 1938-ci ildə Meyerhold teatrı bağlanıb və o Kamera teatrına keçib. 1944-cü ildən Kinoaktyor teatr-studiyasının aktyoru olub. 18 avqust 1947-ci ildə vəfat edib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%97%D0%B0%D0%B9%D1%87%D0%B8%D0%BA%D0%BE%D0%B2,_%D0%92%D0%B0%D1%81%D0%B8%D0%BB%D0%B8%D0%B9_%D0%A4%D1%91%D0%B4%D0%BE%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç