Emmanuil Geller

Emmanuil Geller

Aktyor

BİOQRAFİYA
Emmanuil Savelyeviç Geller (əsl soyadı - Xavkin) - sovet teatr və kino aktyoru, əməkdar RSFSR artisti (1974). 1925-ci ildə A.V.Lunaçarski adıan Dövlət Teatr Texnikumunu bitirib. Məzun olduqdan sonra "Sinaya Bluza" aqitteatrının truppasına qoşulub. Ardınca Miniatür teatrı, Satira Teatrı, Müzik-holl və digər Moskva teatrlarında çıxış edib. 1930-cu ildən etibarən kinoya çəkilib. Çəkildiyi filmlərdə daha çox ikinci plan dəniz qulduru, qapıçı, təqaüdçü, qafqazlı rolları oynayıb və hər zaman canlandırdığı məzəli obrazlarla tamaşaçıların üzündə təbəssüm yaradıb. 1950-ci illərdən Kinoaktyor Teatr-Studiyasında çalışıb. Aktyor uzun ömür sürüb və son günlərinə kimi iş başında olub. Bir çox məşhur rejissorların filmlərinə çəkilib. Tez-tez "Fitil" satirik kinojurnalının qonağı olub. Onun yaradıcılığı haqqında "Sovet kinosunun aktyorları" silsiləsindən buklet çap olunub. 1974-cü ildə RSFSR əməkdar artisti adını qazanıb. 6 may 1990-cı ildə Moskva şəhərində vəfat edib. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B5%D0%BB%D0%BB%D0%B5%D1%80,_%D0%AD%D0%BC%D0%BC%D0%B0%D0%BD%D1%83%D0%B8%D0%BB_%D0%A1%D0%B0%D0%B2%D0%B5%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç