Lev Sverdlin

Lev Sverdlin

Aktyor

BİOQRAFİYA
Lev Naumoviç Sverdlin - Sovet və rusiya kino, teatr aktyoru, teatr rejissoru və pedaqoqdur. SSSR xalq artistidir (1954). Üç dəfə Stalin mükafatı laureatıdır (1947, 1949, 1951). Lev Sverdlin 1901–ci ildə Həştərxanda yəhudi ailəsində anadan olub. Atası maşinist köməkçisi olub. Kiçik yaşlarından yetim qalan Lev dərzi, çəkməçi köməkçisi, mağazada, sirkdə çalışıb. 1922-ci ildən Moskvada Dövlət Teatr İnstitutunda təhsil alıb. Ardınca 1926-ci ilədək Vs.E.Meyerholdun rəhbərliyi altında Dövlət Eksperimental Teatr Emalatxanasına köçürülür. 1926-cı ildən Vs.E.Meyerhold adına Dövlət Teatrının aktyoru olub. Teatr bağlanana qədər - 1938-ci ilədək burada çalışıb. Vs.E.Meyerholdun 12 tamaşasında çıxış edib. 1938-1941-ci illərdə E.B.Vaxtanq adına teatrın aktyoru olub. 1941-1943 SSRİ Kinematoqrafiya işləri üzrə Komitədə, 1943-1969-cu illərdə Moskva (1954-cü ildən V.V.Mayakovski adına) Dram Teatrında çalışıb. 1924-cü ildə filmlərə çəkilib. Eyni zamanda filmlərin dublyajında və cizgi filmlərinin səsləndirməsində iştirak edib, radioda çalışıb. Onun son işi Y.О'Nilin (1967) “Şair ruhu” tamaşası olub. Bu tamaşada həm aktyor, həm rejissor kimi iştirak edib. Aktyor 29 avqust 1969-cu ildə vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B2%D0%B5%D1%80%D0%B4%D0%BB%D0%B8%D0%BD,_%D0%9B%D0%B5%D0%B2_%D0%9D%D0%B0%D1%83%D0%BC%D0%BE%D0%B2%D0%B8%D1%87
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç