Karter Cenkins

Karter Cenkins

Aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

Karter Mark Cenkins 4 sentyabr 1991-ci ildə anadan olub. Amerikalı aktyordur. “Çardaqdakı yadplanetlilər” filmindəki, “Səth” və “Populyar və aşiq” teleseriallarındakı roluna görə tanınıb. Cenkins Florida ştatının Tampe şəhərində anadan olub. Florida ştatının Kerrolvud şəhərində boya-başa çatıb və Independent Day orta məktəbini bitirib. Onun ailəsi Kaliforniya ştatına köçüb. Renneker Cenkins adlı böyük qardaşı və Tiffani adlı bacısı var. Cenkins yəhudidir. Hebryu yəhudi məktəbinə gedib. Karyerasına Cenkins teatr səhnəsindən və reklam çarxlarında çəkilməklə başlayıb. “Elecə”, “Səth” “Viva Laflin”, “C.S.I.: Cinayət yeri Mayami”, “Həkim Haus”, “C.S.I.: Cinayət yeri Nyu-York”, və “İzsiz” seriallarında çəkilib. Seriallarla yanaşı “Çardaqdakı yadplanetlilər”, “Raffinin həyatı” filmlərində çəkilib. 2010-cu ildə Cenkins “Müqəddəs Valentin günü” filmində personaj Emma Robertsin dostu rolunu ifa edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%B5%D0%BD%D0%BA%D0%B8%D0%BD%D1%81,_%D0%9A%D0%B0%D1%80%D1%82%D0%B5%D1%80

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç