Ketrin Erbe
Aktrisa
Ketrin Erbe 5 iyul 1965-ci ildə anadan olub. Amerikalı aktrisadır. “Qanun və qayda. Cinayət məqsədi” (2001—2011), serialında detektiv Aleksandra Eyms rolu və “Xəyallar həbsxanası” (1998—2003) serialında ölüm hökmünə məhkum edilmiş Şirli Bellincer rolu ilə tanınıb. Ketrin Erbe 1989-cu ildə Nyu-York Universitetini bitirib və “Toyuq şorbası” komediya serialında daimi rol alıb. Serial çəkilişləri dayandırıldıqdan sonra Brodvey səhnəsində çıxış edib. 1991-ci ildə "Zülmət surəti” pyesindəki çıxışına görə “Toni” mükafatına namizəd olub. Erbe bir neçə filmdə çəkilib. Onlardan “Bəs Bob?”, “Zənginlik sevgidədir”, “Dahi ördəklər 2”, “Sədanın əksi”, “Məhəbbət bələdçisi” filmləri yer alır. 1995-ci ildə “Ölümün öpüşü” trillerində Devid Karuzonun keçmiş arvadı rolunda çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D1%80%D0%B1%D0%B5,_%D0%9A%D1%8D%D1%82%D1%80%D0%B8%D0%BD