Saskiya Rozendal

Saskiya Rozendal

Aktrisa

BİOQRAFİYA

Saskiya Rozendal - almaniyalı aktrisadır. Rejissor Keyt Şortlandın “Lore” hərbi dramında oynadığı rolla məşhurdur. 9 iyul 1993-cü ildə Almaniyanın Saksoniya-Anhalt torpağının Qalle şəhərində anadan olub. Dörd yaşından “Halle Opera Haus”da rəqs dərnəyinə gedib. Orada ilk dəfə səhnəyə marağı yaranıb və aktyorluq sənətinin və improvizasiyanın “əlifbasını” mənimsəyib. Rozendal həmçinin gitarada ifa edə bilir, doğma alman dili ilə yanaşı ingilis və ispan dillərində danışa bilir. 2010-cu ildə Saskiyanın kinodebütü baş tutub. Orada “Für Elise” filmində kiçik rol alıb. Film 2012-ci ildə ekranlara çıxıb. Daha sonra rejissor Keyt Şortlandın “Lora” hərbi dramının kastinqindən keçib. Filmin premyerası 2012-ci ildə Sidneydə baş tutub və nümayiş olunar olunmaz çoxsaylı mükafatlarla təltif olunub. Tənqidçilər və tamaşaçılar həmin filmdə Rozentalın performansını yüksək qiymətləndirib. O Avstraliya kino və televiziya mükafatını alıb. 2018-ci ildə məşhur almaniyalı rəssamın həyatından bəhs edən “Müəllifsiz əsər” filmində ikinci plan qadın rolunu oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teatr.ua/person/rosendahl-saskia-6205.phtml

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç