Paula Bir
Aktrisa
Paula Bir (ing.Paula Beer) – almaniyalı aktrisadır. Kris Krausun “Odanın gündəlikləri” filmində Oda fon Sirinq rolu ilə məşhurlaşıb. Paula Bir 1995-ci ilin fevral ayında Berlində rəssam ailəsində anadan olub. Paula Montessori məktəbində oxuyub, 8 yaşında teatr kurslarına qəbul olunub. Tezliklə “Friedrichstadt-Palast” teatrının gənclər ansamblında çıxış etməyə başlayıb. 2009-cu ildə 14 yaşında olanda rejissor Kris Krausun “Odanın Gündəlikləri” bədii filminin kastinqlərinə dəvət olunub. Kastinqlərdə 2500-ə yaxın qız arasından seçilib və rolu qazanıb. Filmdə gənc aktrisa 14 yaşlı Oda fon Sirinq rolunu ifa edib. Ekran əsəri kinoteatrlara yol tapmasından sonra tənqidçilərin müsbət rəyini qazanıb. 2012-ci ildə Bir “Bavariyalı Lüdviq” filmində Sofiya rolunu oynayıb. 2014-cü ildə aktrisa Andreas Proxaskın “Qara Vadi” filminə çəkilib. 2016-cı ildə aktrisa rejissor Fransua Ozonun “Frans” filmində baş rolu – gənc yaşında dul qalmış Paulanı oynayıb. Filmin rejissoru Paulanın işini yüksək qiymətləndirib. 2018-ci ildə aktrisa “Müəllifsiz əsər” biokrafik dramında məşhur rəssamın həyat yoldaşı rolunu oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/paula_bir/