Roza Salazar

Roza Salazar

Aktrisa

BİOQRAFİYA
Roza Byanka Salazar - kanadalı-amerikalı aktrisadır. 16 iyul 1985-ci ildə Kanadanın Britaniya Kolumbiyası əyalətində anadan olub. Uşaqlıq illəri Merilend ştatının Qrinbelt şəhərində keçib. On beş yaşından əyləncə sektorunda çalışır. Nyu-Yorka köçdükdən sonra peşəkar aktrisa olmaq fikrinə düşüb. Orada "CollegeHumor"un bir neçə skeçinə çəkilib. 2009-cu ildə Los-Ancelesə köçən Salazar "Amerika qorxu tarixi" və "Valideynlər" kimi seriallara çəkilib. 2015-ci ildə Salazar  "İnsurgent" filmində Linn rolun və "Labirintdə qaçan: Alovlu sınaq" filmində Brenda roluna çəkilib. 2019-cu ildə "Alita: Savaş Mələyi" filmində baş rol alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D0%BB%D0%B0%D0%B7%D0%B0%D1%80,_%D0%A0%D0%BE%D0%B7%D0%B0
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç