Cadd Apatou

Cadd Apatou

Prodüser, ssenarist, rejissor, aktyor

BİOQRAFİYA

Cadd Apatou - amerikalı kinorejissor, ssenarist, prodüser və eks stendapçıdır. Cadd Apatou 6 dekabr 1967–ci ildə Nyu-york yəhudilərinin ailəsində anadan olub. Atası inşaat mühəndisi, anası isə komediya klubunda çalışıb. Cadd uşaqlıqdan komediyaya maraq göstərib. Onun sevimli aktyoru Stiv Martindir. Böyük yaşlarından məktəb radiosunda yumoristik verilişlər aparıb. Məktəbi bitirəndən sonra Cənubi Karolina Universitetiniə ssenarist ixtisası üzrə daxil olub. "Stendap komedi" janrında çıxış etməyə başlayıb. Ben Stiller, Con Lovitz, Ouen Uilson kimi ulduzlarla tanış olub. Televiziyada komediya proqramlarının ssenaristi və prodüseri olub. Cadd Apatounun ilk şəxsi layihəsi 2005-ci ildə “40 yaşlı bakir” komediyası olub. Üç ildən sonra rejissor “Bir az hamiləyəm” (2007) filmini çəkib. Rejissor işləri ilə paralel olaraq Cadd Apatou “Böyük gözlənilməzlik” (2008), "Super Bibərlər" (2007), "Uçuşda" (2008), "Veqasdan qaçış" (2010) və sair filmlərə prodüserlik edib. Komediya aktrisası Lesli Mannla ailəlidir. Cütlüyün Mod və Ayris adlı iki qız övladı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Judd_Apatow

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç