Karolina Herfurt

Karolina Herfurt

Aktrisa, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Karolina Herfurt (alm. Karoline Herfurth) — almaniyalı aktrisadır. 22 may 1984-cü ildə Şərqi Berlində anadan olub. 2001-ci ildə Dennis Qanzelin“Qızlar yuxarıdan” komediyasında və onun davamı “Qızlar yene yuxarıda” filmində çəkilir. 2006-cı ildə Karolina yazıçı Patrik Züskinsın “Ətriyyatçı. Bir qatilin tarixi” romanının ekranlaşdırmasında Jan Batistin ilk qurbanı “Gavalı qız” Qrenuya rolunda çəkilib. 2008-ci ildə Keyt Uinslet, Reyf Faynsla birlikdə “Qiraətçi” filmində çəkilib. 2009-cu ildə Herfurt alman rejissoru Kaspar Haydelbahın “Berlin 36” filmində  yəhudi əsilli almaniyalı yüngül atlet Qretel Berqman obrazında baş rolda çəkilib. 2010-cu ildə Dennis Qanzelin  vampirlər haqqında “Gecənin dadı” filmində çəkilib. 2012-ci ildə Brayan De Palmanın “ Ehtiras” filmində çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B5%D1%80%D1%84%D1%83%D1%80%D1%82,_%D0%9A%D0%B0%D1%80%D0%BE%D0%BB%D0%B8%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç