Kerri Bişe

Kerri Bişe

Aktrisa

BİOQRAFİYA

Kerri Bişe 1 may 1984-cü ildə Nyu-Cersidə (ABŞ) anadan olub. 2002-ci ildə Montkler Kimberli Akademiyasını bitirib. Atası Kennet Bişe sosiolofiyadan dərs deyib. Şimal-qərb Universitetində təhsil alıb. Kinoda 2007-ci ildə “Meyson Leukın yarıhəyatı” filmi ilə debüt edib. “Virtuallıq”, “Arqo” əməliyyatı”, filmləri və “Klinika”, “Dayan və yan” seriallarındakı rolları ilə tanınıb. 2009-cu ildə “Virtuallıq” filmində baş rollardan birini ifa edib. 2009-2010-cu illərdə “Klinika” serialında çəkilib. 2012-ci ildə  “Arqo” əməliyyatı” filmindəki rolun görə bir sıra mükafatlara layiq görülüb. Həmin ili ispan rejissoru Euxenio Miranın Təntənəli sonluq filmində çəkilib. 2016-cı ildə onun iştirakı ilə “İrəliləyiş” filmi ekranlara çıxır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B8%D1%88%D0%B5,_%D0%9A%D0%B5%D1%80%D1%80%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç