Tom Audenart

Tom Audenart

Aktyor

BİOQRAFİYA

Tom Audenar (Tom Audenaert) - belçikalı teatr və kino aktyorudur. Tom Audenart 21 may 1979-cu ildə Belçikanın Lokeren şəhərində anadan olub. Brüssel Beynəlxalq Aktyorluq Akademiyasında ali təhsil alıb. Akademiyanı bitirdikdən sonra “Compagnie Weird” küçə teatr truppasının tamaşalarında aktiv şəkildə iştirak etməyə başlayıb. 2008-ci ildə Flandriyanın ən qədim müstəqil teatrı olan “Leporello Ansamblı”na keçib. 2010-cu ilin iyul ayında teatrın truppası ilə birlikdə “Avinyon festivalında” iştirak edib. 2011-ci ildə böyük ekranlarda debütü baş tutub, belə ki, Joffrey Enthovenin “Olduğun kimi gəl” (Hasta La Vista) komediyasında görmə qüsurlu İosif rolunu oynayıb. Həmin rol onu “Vlaamse Filmprijzen” mükafatına (ən yaxşı kişi rolu nominasiyasında) namizəd edib. Daha sonra bir sıra reklam çarxlarına və “Halliluya” serialına çəkilib. 2013-cü ildə Audenart  rejissor Benua Maryajın “Zebranın zolaqları” filmində rol alıb. Elə həmin il “Bonni və Klayd” və “Təhlükəsizlik, hər şeydən əvvəl” seriallarında kiçik rolları olub. 2016-cı ildə Frederik Beqbederin eyniadlı romanın motivləri əsasında çəkilmiş “İdeal” filminə çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/tom_audenaert/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç