Devon Qammersoll

Devon Qammersoll

Aktyor, rejissor

BİOQRAFİYA

Devon Qammersoll 15 oktyabr 1978-ci ildə Duranqoda şəhərində (Kolorado ştatı, ABŞ) anadan olub. 14 yaşından kinoya çəkilməyə başlayıb və 1992-ci ildə “Addımbəaddım” teleserialının epizodunda rol alıb. 1994-1995-ci illərdə ABC kanalında yayımlanan “Mənim həyatım” yeniyetmə serialında aparıcı rollardan birini ifa edib. Roland Emmrihin “Müstəqillik günü” kult filmində çəkilib. Rendall Klayzerin “Əyləncə gecəm” LMBT-dramında rol alıb. 2011-ci ildə “Torpaq hörümçəyə qarşı” telefilmində baş rolu ifa edib. Aktyor oyunu TV Guide nəşri ilə tənqid olunub. 2011-ci ildə Devon Qammersollun rejissor debütü Low Fidelity tammetrajlı filmi olub. 2015-ci ildə Devon Qammersollun ikinci filmi “Vəsiyyət” detektiv trilleri çəkib. Baş rolu aktrisa Annabell Şiorra ifa edib. 2016-cı ildə “Sonuncu gəmi” serialında ikinci dərəcəli rolda çəkiləndən sonra aktyorluq karyerasına son qoyub. 2017-2018-ci illərdə “Neşvill” serialının (iki epizodunun «A Change Would Do You Good» və «Where the Night Goes») rejissoru olub. 2007-2008-ci illərdə “Yadplanetlilər şəhəri” serialında birlikdə çəkildiyi aktrisa Mahandre Delfino ilə evli olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B0%D0%BC%D0%BC%D0%B5%D1%80%D1%81%D0%BE%D0%BB%D0%BB,_%D0%94%D0%B5%D0%B2%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç