Entoni Heminquey

Entoni Heminquey

Rejissor, prodüser

BİOQRAFİYA

Entoni Heminquey (Anthony Hemingway) – amerikalı kino və serial rejissoru və prodüseridir. Tamaşaçılara “Qırmızı quyruqlar” (2012) tammetrajlı filminin yaradıcısı kimi tanışdır. Entoni Heminquey 1977–ci ildə Amerikada anadan olub. Rejissor olmamışdan öncə televiziya və kinoda rejissor köməkçisi çalışıb. Heminquey kino karyerasına 1993-cü ildə assistent kimi başlayıb. 1996-cı ildə rejissor kömkçisi kimi çalışıb. 2006-cı ildə rejissorluq kürsüsünə oturaraq,  “Ədalət” və “Evin yaxınlığında” serialların bir epizodunu çəkib. Müxtəlif teleserialların rejissor komandasında yer alıb. 2010-cu ildə ilk dəfə “Trimey” serialında özünü həm də prodüser kimi sınayıb. Eyni zamanda özünü aktyor kimi sınayan Entoni, sonda özünü tamamilə rejissor və prodüser işinə həsr edib. 2012-ci ildə “Qırmızı quyruqlar” filmini çəkib. 2018-ci ildə rejissor Entoni Heminquey aktyor Stiven Norflitlə nişanlandığını elan edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/15542738071/

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç