Neyt Parker
Aktyor, ssenarist, prodüser, rejissor
Neyt Parker — amerikalı aktyor, rejissor və ssenaristdir. Parker 18 noyabr 1979-cu ildə Virciniya ştatının Norfolk şəhərində anadan olub. Anasının o zaman 17 yaşı var idi. Virciniya ştatının Hempton-Rouds məktəbini bitirib. Uşaqlıq illərində ailəsi maddi çətinlik çəkib. Parker Oklahoma Universitetini bitirib və model kimi çalışıb. Los-Anceles menecerinin yeni sima axtarışı zamanı Parkeri kəşf edib. 2007-ci ildə Denzel Vaşinqtonun “Böyük münaqişəçilər” filmindən sonra tanınıb. “Arıların gizli həyatı” filmində Alişa Kizin sevgilisi rolunda çəkilib. Müxtəlif filmlərdə ikinci dərəcəli aktyor kimi çəkilib. 2012-ci ildə Entoni Heminqueyin "Qırmızı quyruqlar” filmində baş rolda çəkilib. 2014-cü ildə “Arıların gizli həyatı” filminin rejissoru Cina Prins Vaytvud ilə bir araya gələrək “Kulis arxasında” filmində Ququ Mbata-Rou rolunda çəkilib. 2015-ci ildə “Millətin doğuluşu” filminin rejissoru, ssenaristi və baş rolun ifaçısı olub. Film Nat Ternerin başçılığı altında 21 avqust 1831-ci ildə Virciniya ştatında afro-amerikalı qulların üsyanından bəhs edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D1%80%D0%BA%D0%B5%D1%80,_%D0%9D%D1%8D%D0%B9%D1%82