Denni Koen (ing.Danny Cohen) ingilis kinooperatordur. "Kral danışır" filminə görə ən yaxşı operator işi nominasiyasında "Oskar" mükafatına namizəd olub. Ana baba-nənəsi alman yəhudiləri olub və 1933-cü ildə Üçüncü Reyxin repressiyalarından qaçaraq, Londona pənah gətiriblər. Operator 1963-cü ildə İngiltərədə anadan olub. Şeffild Hollem universitetinin məzunudur. Orada sosial elmlər üzrə bakalavr dərəcəsi alıb. Peşəkar karyerasına sənədli film və reklam çarxlarının çəkilişi ilə başlayıb. Ardınca operator köməkçisi kimi bəzi bədii filmlərin çəkilişlərinə qatılıb. İlk tammetrajlı operator işi 2000-ci ildə ekranlara çıxan "Ölü həyatlar" filmi sayılır. Britaniya kinooperatorlar cəmiyyətinin üzvüdür (2008-ci ildən etibarən).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D1%8D%D0%BD,_%D0%94%D1%8D%D0%BD%D0%BD%D0%B8