Lük Jake

Lük Jake

Rejissor, ssenarist, operator

BİOQRAFİYA

Lük Jake (Luc Jacquet) fransalı rejissor və ssenaristdir. 5 dekabr 1967-ci ildə anadan olub. Operator kimi heyvanlar haqqında sənədli filmlərin çəkilişlərində iştirak edən Lük, özü rejissor kürsüsünə oturmaq qərarına gəlir. 2004-cü ildə Jake pinqvinlərə həsr olunan “Quşlar 2: Dünyanın sonuna səyahət” tammetrajlı layihəni reallaşdırır. Film “Sezar” və “David di Donatello” mükafatlarına namizəd olub. müxtəlif kinofestivallarda mükafatlara namizədlik qazanıb. 2006-cı ildə ən yaxşı sənədli film kimi “Oskar” mükafatına layiq görülüb. 2007-ci ildə rejissorun uşaqlıq xatirələri əsasında çəkilən “Tülki və qız” (Le renard et l'enfant) filmini ərsəyə gəlib. “Bir gün meşədə” (Once in the Forest) filmi üzərində rejissor üç il işləyib. Film 2013-cü ildə işıq üzü görür və “Sezar” mükafatına namizəd olub. 2015-ci ildə qlobal istiləşməyə həsr olunan “Buz və səma” (La glace et le ciel) filmini çəkib. Film Kann festivalının bağlanışı üçün seçilib və “Qızıl göz” mükafatına namizəd olub.  


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/lyuk_zhake/

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç