Benua Delepin
Ssenarist, aktyor, rejissor, prodüser
Benua Delepin – fransız aktyor, rejissor, komik və ssenaristdir. 1958-ci ildə Fransanın Sent-Kventin şəhərində anadan olub. Delepin Canal+ telekanalında satirik fəaliyyəti ilə məşhurdur. Uzun illər “Qinol” adlı satirik şounun rejissoru olub. Orada həmçinin sinik jurnalist və müxbir Maykl Kaeli oynayıb. Tammetrajlı bədii filmlərinin bir çoxunu Qustav Kerverlə birlikdə çəkib. 2004-cü ildə çəkdikdləri “Tərkedilmişlər” filmi kifayət qədər böyük kassa gəliri götürüb. 2005-ci ildə onlar “No Money Productions” adlı prodakşn şirkəti təsis ediblər. 2008-ci ildə Mattye Kassovitsin prodüserliyi ilə “Luiza-Mişel” filmini lentə alıb. 2010-cu ildə Jerar Depardyenin baş rola çəkildiyi “Fransanın sonuncu mamontu” filmini ərsəyə gətirib. 2015-ci ildə onların əməkdaşlığı “Sent-Amur: Sevgi həzzi” filminin çəkiliş meydanında davam edib. 2018-ci ildə tanınmış fransız aktyor Jan Düjardeninin baş rolda iştirakı ilə “Mənə ləzzət edir” filmi ekranlara yol tapıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/benoit_delepine/