Benya Pulvord 22 sentyabr 1964-cü ildə Namürda (Belçika) anadan olub. Komediya aktyoru, yazıçı və ssenaristdir. Anası satıcı, atası isə sürücü olan Puelvoorde atasını uşaq yaşlarında itirib. İbtidai təhsilini Godinne İsa Məsih adına ibtidai məktəbində almış, amma 17 yaşında təhsilini yarımçıq qoyaraq buradan ayrılmışdı. Təhsilini Félicien Rops Texniki İnstitutunda davam etdirib. Burada o Rémy Belvaux ilə tanış olub. Ali təhsili müddətində teatra olan həvəsi və atipik tərcümə qabiliyyəti ilə seçilən aktyor həmçinin özündə fotoqraflıq, qrafik dizayn bacarıqlarını inkişaf etdirib. Bu bacarıqlarını Brüsseldə "École de recherche graphique" şirkətində daha da təkmilləşdirən aktyor 1988-ci ildə ilk qısa metrajlı filmində çəkilib. 1992-ci ildə aktyor həmkarları Delvaux və Bonzel ilə birlikdə ilk tammetrajlı filmini təqdim etdi. Film tərcümədə "Insan iti dişləyir" (Man Bites Dog - C'est arrivé près de chez vous) adlanır. Bu filmin tələbələrin buraxılış işi olaraq hazırlanmasına baxmayaraq çox böyük maraqla qarşılandı və həmin il Belçika Film Kritikləri Assosiasiyasının André Cavens mükafatına layiq görüldü. Karyerasını telekanalların film istehsalında davam etdirən aktyor, 1990-cı illərdə Canal+-un sponsorluğu ilə çəkilən "Les Randonneurs", "Le Boulet", "Podium" kimi fransız filmlərində rol aldı və bu onu Fransa və Belçikada daha da məşhurlaşdırdı. 2001-ci ildən komediya sahəsində fəaliyyətini davam etdirən aktyor "Le Vélo de Ghislain Lambert" komediyasında baş rolu ifa etdi. Nəticədə 2002-ci ildə "Jean Garbin" mükafatına layiq görüldü. Bu uğuru onu kritiklər arasında rəğbətini artırdı. 2004-cü ildə Quentin Tarantinonun təklifi ilə Kann Festivalının jüri heyətində yer aldı. Aktyoru dünya səviyyəsində məşhurlaşdıran filmi isə "Astérix aux Jeux olympiques"(Asteriks Olimpiya oyunlarında) oldu. Bu filmdə yaratdığı həm özündən razı, həm bədbəxt şəxs obrazı onu daha da məşhurlaşdırdı. Amma bu aktyorun yalnız komediya sahəsində fəaliyyəti ilə nəticələnmədi. Növbəti ildə çəkilən "Coco" filmində canlandırdığı Balsan obrazı ilə aktyorluq məharətini bir daha ortaya qoyan aktyor bunun davamı olaraq bir çox komediya və digər janrlarda olan filmlərdə çəkildi.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Beno%C3%AEt_Poelvoorde