Tim Haydeker

Tim Haydeker

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Tim Haydeker 3 fevral 1976-cı ildə ABŞ-ın Pensilvaniya ştatında anadan olub. Mərkəzi katolik orta məktəbi bitirdikdən sonra, Filadelfiyanın Templ Universitetinə daxil olub. Tələbəlik illərində musiqi karyerasına start verib, müxtəlif indi-pop qruplarda çıxış edib. Müxtəlif mahnılara musiqi və şerlər yazıb, vokalist olub. 2012-ci ildə “Cainthology: Songs in Key of Cain” adlı studiya albomunu yazıb. Albomdan qazandığı bütün pulları zorakılıqla mübarizə fonduna köçürüb. 2014-cü ildə “Şüur erası” filminin saundtrekinə çevrilmiş Vezermən mahnısını (Devin Vudla birlikdə) bəstələyib. 2008-ci ildə ən yaxşı komediya aktyor heyəti nominasiyasında Webby mükafatçılarından olub. Haydeker aktrisa Merlin Poryako ilə evlidir. Onların bir qızı və oğlu var. Haydeker kinodebütünü 2001-ci ildə “Qorxu sığınacağı” filmində gerçəkləşdirib. 2000-ci illərdə “Simpsonlar” cizgiserialının səsləndirilməsində iştirak edib. 2015-ci ildə “Fantastik dördlük” fantastik filmində mister Riçardsı oynayıb. 2019-cu ildə Cordan Pilin “Biz” qorxu filmində ikinci plan rol oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/tim_heidecker/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç