Uinston Dük

Uinston Dük

Aktyor

BİOQRAFİYA

Uinston Dük (ing. Winston Duke) – 15 noyabr 1986-cı ildə Trinidad-Tobaqoda anadan olub. 9 yaşında olanda anası və bacısı ilə birlikdə ABŞ-a mühacirət edib. Ailə Nyu-Yorka məskunlaşıb, orada Uinston Brayton rayon orta məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra Dük Yel Universitetinin aktyorluq fakültəsinə daxil olub. Yeldə tələb olduğu illərdə aktrisa Lüpita Nionqo ilə dostlaşıb. Onlar “Qara Bəbir” fantastik trillerinə və Cordan Pilin “Biz” (Us, 2019) qorxu filminə birlikdə çəkiliblər. Sonuncuda hər iki baş rolları oynayıb. Məzun olduqdan sonra Dük Los-Anceles şəhərində köçüb. Onun iştirak etdiyi ilk layihələrdən biri “Qanun və qayda: Xüsusi korpus” populyar kriminal teledramı olur. 2009-cu ildə “Amerika ailəsi” sitkomunda ikincidərəcəli rol oynayıb, 2011-ci ildə isə “Nəzər nöqtəsində” kəskin süjetli serialında Dominik rolunu oynayıb. 2015-ci ildə Dük “Elçilər” adlı populyar mistik detektivin çəkiliş heyətinə qatılıb. 2018-ci ildə ilk dəfə olaraq tammetrajlı filmə çəkilib. Marvelin “Qara Bəbir” filmində əsas antoqonistlərdən birini oynayıb. Embaku rolunu sonradan “Qisasçılar: Sonsuzluq savaşı” blokbasterində davam etdirib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/winston_duke/

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç