Cillz Natqens

Cillz Natqens

Operator, rejissor

BİOQRAFİYA

Cillz Nattqens - britaniyalı kinooperatordur. 12 iyul 1961-ci ildə Böyük Britaniyada anadan olub. 1981-ci ildə BBC-TV şirkətində təbiətlə bağlı sənədli filmlər bölməsində operator assistenti kimi çalışıb. Bir neçə il assistent kimi çalışan Cillz baş kinooperator olub. 1992-ci ildə “Elektrik ay” bədii filminin çəkilişlərində debüt edib. “Çimərlik”, “Ulduz müharibələri: Epizod II: Klonların hücumu”, “Ulduz müharibələri: Epizod III: Sithlərin qisası”, “Hotel Qrant Budapeşt” filmlərinin operator briqadalarında çalışıb. 2017-ci ildə “Nə olur olsun” filminə görə ən yaxşı operator işi nominasiyasında BAFTA mükafatına namizəd olub. Britaniya Kinooperatorlar Cəmiyyətinin üzvüdür.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B0%D1%82%D1%82%D0%B3%D0%B5%D0%BD%D1%81,_%D0%94%D0%B6%D0%B0%D0%B9%D0%BB%D1%81

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç