Con Hamburq

Con Hamburq

Ssenarist, rejissor, prodüser, aktyor, operator

BİOQRAFİYA

Con Hamburq - amerikalı rejissor, ssenarist və prodüserdir. 26 may 1970–ci ildə Manhetten şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. Yəhudi ailəsində dünyaya göz açıb. Onun valideynləri Coan Hamburq və İ.Mortondur. Hamburq Nyu-York radiosunda çalışıb. 1992-ci ildə tarix ixtisası üzrə Braun Universitetini bitirib. Hamburq daha çox “Fakerlərlə tanışlıq” adı ilə tanınan “Valideynlərlə tanışlıq” filminin sikveli üçün ssenari yazıb. Eyni zamanda filmin icraçı prodüseri olub. «Meet the Parents» və «Zoolander» filmlərinin ssenaristi kimi məşhurlaşan Hamburq rejissorluq kürsüsünə təkrar qayıdır. Özünün ssenari müəllifi olduğu “Bu da Polli” – “Along Came Polly” filmini çəkir. “Yeni qız” (2011) “Stella” (2005) seriallarına rejissorluq edib. “Səni sevirəm oğlan” - “I Love You, Man” filminin həm ssenaristi, həmdə rejissoru olub. Film dünya prokatında 100 milyon dollar gəlir gətirib. Con Hamburq aktrisa Kristina Kirka ilə evlidir.



Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ruspekh.ru/people/item/dzhon-gamburg

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç