Andrey Petrov
Bəstəkar
Andrey Pavloviç Petrov - Sovet və Rusiya bəstəkarı və ictimai xadim olub. 1980-ci ildə SSRİ Xalq Artisti adını alıb. 2 sentyabr 1930-cu ildə Leninqrad şəhərində (indiki Sankt Peterburq) anadan olub. Müharibə vaxtı ailəsi ilə birlikdə Sibirə təxliyə olunub. Təxliyə illərində ədəbiyyatla maraqlanmağa başlayıb, müxtəlif hekayələr yazaraq, onlar üçün illüstrasiyalar hazırlayıb. Yeniyetmə olan zaman artıq skripkada ifa edə bilsə də, musiqiçi olmağı arzulamayıb. 1942-ci ildə uşaq musiqi məktəbinə daxil olub. 1944-cü ildə Leninqrada geri dönüb. A.Petrovun sözlərinə görə, 1945-ci ildə “Böyük vals” filminə baxdıqdan sonra onun təsiri altında bəstəkar olmağa qərar verib. Leninqrad musiqi məktəbini, ardınca Leninqrad konservatoriyasını (kompozisiya sinfi, 1949-1954) bitirib. O.A.Yevlaxovun tələbəsi olub. Tələbə olan vaxt gələcək həyat yoldaşı Nataliya ilə tanış olub. 1957-ci ildən Kommunist Partiyası üzvü olub. 15 fevral 2006-cı ildə işemik-insult nəticəsində Sankt-Peterburq xəstəxanasında dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Andrey_Petrov_(b%C9%99st%C9%99kar)