İvan Şvedov
Aktyor
İvan Şvedov – rusiyalı və çexiyalı aktyordur. 21 sentyabr 1969-cu ildə Leninqradda anadan olub. 1990-cı ildə Rusiya Dövlət Səhnə Sənətləri İnstitutunu bitirib. 1999-cu ildən bəri Çexiyanın paytaxtı Praqada yaşayır. 60-dan çox televiziya və bədii filmə çəkilib. “İkona haqda əfsanə”, “Vasilyev adası”, “İfritə”, “Çətin tapşırıq 4 və digər filmlərdə oynadığı rolları ilə tanınır. Rejissor Axim Fon Borrisin “İngiltərə 2" filminə görə ən yaxşı kişi rolu nominasıyasında Maynz şəhərinin Franko-alman mədəni fondunun mükafatı və “Gümüş İris” mükafatı ilə təltif olunub. Cud Lou, Cozef Fayns, Reyçel Uays, Mett Deymon, Maykl Keyn, Tom Kruz kimi ulduzlarla çiyin-çiyinə kamera önünə çıxıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/acter/m/ros/5942/bio/