Eşer Encel

Eşer Encel

Aktyor

BİOQRAFİYA

Aşer Dov Encel (ing. Asher Dov Angel) – amerikalı aktyordur. 6 sentyabr 2002-ci ildə ABŞ-ın Arizona ştatının Feniks şəhərində anadan olub. Uşaqlığı Paradise Valley şəhərində keçib. Üçuşaqlı ailənin ilkinidir. Encel yəhudidir. Oxumağı və gitarada mahnı ifa etməyi sevir. İlk dəfə Encel beş yaşında (2008) ekranlarda debüt edib. Aktyorluq karyerasını çoxsaylı teatr tamaşaları ilə başlayıb. Yeddi yaşında valideynlərinin icazəsi ilə Desert Stages Theatre dinləmələrində iştirak edib. Orada sujetlərin birinə rol qazanıb. Aktyor daha çox 2017-ci ildə Disney telekanalının çəkdiyi “Endi Mak” serialında oynadığı rolla tanınır. 2019-cu ildə DC-nin “Şazam” fentezi filmində baş rollardan birinə çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%BD%D0%B4%D0%B6%D0%B5%D0%BB,_%D0%90%D1%88%D0%B5%D1%80

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç