İqor Voloşin

İqor Voloşin

Rejissor, ssenarist, aktyor, prodüser, operator

BİOQRAFİYA

İqor Pavloviç Voloşin — rusiyalı kinorejissor və ssenarist, aktyordur. “Nirvana” (2008), “Olimpius İnferno” (2009), “Mən” (2009), “Bədəvi” (2011) filmləri ilə tanınıb. “Kinotavr” mükafatının və digər nüfuzlu kinofestivalların sahibidir. İqor Voloşin 1 iyul 1974–cü ildə Sevastopolda anadan olub. Musiqi məktəbində gitara sinifində oxuyub. Cüdo ilə məşğul olub. 1992-ci ildə gənclər Dram teatrında kassir vəzifəsində çalışır. 1997-1998-ci illərdə teatrın nəzdindəki bağlı laboratoriyada aktyor, dramaturq, rejissor işləyir. 2000-ci ildə ÜDKİ quruluşçu-kinorejissor ixtisasını bitirib. Sverdlovsk kinostudiyasında qısametrajlı filmlər çəkib. 2001-ci ildə “Qancıq” sənədli filmini, 2003–cü ildə “Dovşanlara ov” filminə quruluş verib. 2003-cü ildən “Aclıq” realiti-şou şəhər çəkilişlərinin quruluşçu-rejissor qismində çalışıb. 2004-cü ildə “Triumf” gənc mükafatları laureatı olub. 2005-ci ildə Rotterdamda keçirilən Beynəlxalq Kinofestivalda İqor Voloşinin “Dodaqlar” filmi təqdim olunub. Rotterdamda keçirilən Beynəlxalq Kinofestivalında Hubert Balls Found İqor Voloşinə və Aleksey Şipenkoya ssenari yazmaq üçün qrant ayırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%BE%D0%BB%D0%BE%D1%88%D0%B8%D0%BD,_%D0%98%D0%B3%D0%BE%D1%80%D1%8C_%D0%9F%D0%B0%D0%B2%D0%BB%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç