Mariya Poroşina
Aktrisa
Mariya Mixaylovna Poroşina – rusiyalı teatr və kino aktrisasıdır. 1 noyabr 1973-cü ildə Moskvada, teatr artistlərinin ailəsində anadan olub. Atası Mixail Poroşin Sverdlov vilayətindən olan xoreoqrafiya ansamblı (Beryozka) artisti, anası Nataliya Krasnoyarsakaya Bolşoy teatrının fantomim ansamblının rejissoru, Rusiya əməkdar artisti (1999) olub. Uşaqlığında Mariyanın valideynləri boşanıb. Anası aktyor Dmitriy Nazarova ərə gedib. Fransız dili təmayüllü 59 saylı orta məktəbdə oxuyub. Dərsləri ilə yanaşı, musiqi, bədii gimnastika, rəqslə məşğul olub. On altı yaşında orta məktəbi bitirdikdən sonra Rusiya Bədii Teatrının (MXAT) studiya-məktəbinə daxil olub. Ancaq ikinci kursa ali təhsil müəssisəsinin rektoru tərəfindən “peşəkar yararsızlıq” bəhanəsi ilə xaric edilib. Mariya həvəsdən düşməyərək B.V.Şukin adına Ali Teatr Peşə məktəbinin aktyorluq fakültəsinə qəbul olub. 1997-ci ildə həmin məktəbdən məzun olub. Kinoda Mariya Poroşinanın yaradıcı yolu 1997-ci ildən başlayır. Rusiya kinematoqrafiyasında ona şöhrəti “Briqada” (2002) kriminal teledramında Tamara rolu gətirib. Bundan başqa “Həmişə de həmişə” (2003) serialında oynadığı baş rolla tanınır. Ardınca 2003-cü ildə onun iştirakı ilə “Dördüncü arzu” filmi və Timur Bekmambetovun “Geçək keçikçisi” (2004) adlı fantezi dramı ekranlara çıxıb. İkinci Rusiyanın ən yüksək kassa gəlirli filmlərindən hesab olunur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%BE%D1%80%D0%BE%D1%88%D0%B8%D0%BD%D0%B0,_%D0%9C%D0%B0%D1%80%D0%B8%D1%8F_%D0%9C%D0%B8%D1%85%D0%B0%D0%B9%D0%BB%D0%BE%D0%B2%D0%BD%D0%B0