Konstantin Ernst

Konstantin Ernst

Prodüser, ssenarist, rejissor

BİOQRAFİYA

Konstantin Lvoviç Ernst – Sovet və Rusiya kino-media meneceri, prodüser, ssenarist, rejissor və teleaparıcıdır. Rusiyanın “Birinci kanal”ının baş direktorudur (1999-cu ildən bəri). 6 fevral 1961-ci ildə Moskvada anadan olub. Atası sovet bioloqu Lev Konstantinoviç Ernst, anası Svetlana Nilovna Qolevinova maliyyə işçisi olub. Uşaqlıq və yeniyetməlik illəri Leninqradda (indiki Sankt Peterburq) keçib. Atası həmin şəhərdə elmi mərkəzin rəhbəri olub. Vasilyevsk adasında 35 saylı orta məktəbi bitirib. 1983-cü ildə Moskva Kənd Təsərrüfatı Akademiyasının zoomühəndislik fakültəsini bitirib. Şəxsi həyatına gəlincə, ilk qeyri-rəsmi nikahı teatr tənqidçisi Anna Silyunasla olub. Sonuncu Rusiyanın elmlər doktoru, xarici teatr studiya məktəb Vidas Silyunasın qızıdır. 1998-2010-cu illərdə rusiyalı sahibkar Larisa Sinelşikova ilə vətəndaş nikahında olub. Konstantin Ernstin Anna Silyunasdan Aleksandra adlı qızı (1994-cü il təvəllüdlü) Nyu-Yorkda yaşayır. Həmçinin özündən 27 yaş kiçik olan aktrisa Sofya Zaikadan Erika (2016-cı il təvəllüdlü) və Kira (2017-ci il təvəllüdlü) adlı iki qızı da var. 


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Konstantin_Ernst

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç